Şəmkirdə yük və minik maşınları toqquşub, xəsarət alan var

Şəmkirdə yük və minik maşınları toqquşub, xəsarət alan var
# 23 sentyabr 2016 14:01 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə iki avtomobil toqquşub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” ilə Türkiyə vətəndaşının idarə etdiyi TIR toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü yüngül bədən xəsarətləri alıb. TIR isə yolun kənarına aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR