Braziliyada həbsxanadan 470 məhbus qaçıb

 Braziliyada həbsxanadan 470 məhbus qaçıb
# 01 oktyabr 2016 02:58 (UTC +04:00)

Bakı-APA. Braziliyanın San-Paulu şəhərində həbsxanadan 470 məhbus qaçıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 200 məhbusun cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilirdi.

Məlumata görə, qiyam qaldıran məhbuslar həbsxanada yanğın da törədiblər.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 338 məhbus yaxalanıb, digərlərinin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR