“Fitch” “Kapital Bank”ın reytinqini təsdiqləyib

 “Fitch” “Kapital Bank”ın reytinqini təsdiqləyib
# 07 dekabr 2015 09:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın uzunmüddətli xarici valyuta emitenti reytinqini “BB-” səviyyəsində “stabil” olaraq, qısamüddətli xarici valyuta emitenti reytinqini isə “B” səviyyəsində təsdiqləyib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə agentliyin “Kapital Bank”la bağlı yaydığı məlumatda deyilir.

Bununla yanaşı, agentlik “Kapital Bank”la bağlı reytinqi geri çağırıb. Bildirilib ki, “Kapital Bank” reytinq prosesində iştirakını dayandırıb, buna görə də “Fitch” bundan sonra bankla bağlı reytinq hazırlamayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR