Lavrov: “QDİƏT siyasiləşdirilməməlidir”

Lavrov: “QDİƏT siyasiləşdirilməməlidir”
# 01 iyul 2016 10:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

APA-nın RİA "Novosti" agentlyinə istinadən verdiyi xəbərə görə, iclasın açılışında çıxış edən Rusiyanın xarici işlər naziri Segey Lavrov bildirib ki, QDİƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq gücləndirilməli, lakin təşkilatın özü siyasiləşdirilməməlidir.

Nazir qeyd edib ki, Rusiya təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın artırılmasına böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, Rusiyanın prioriteti təşkilatın Nizamnaməsində əksini tapan praktiki tapşırıqların həll edilməsi, vətəndaşların xeyrinə olaraq iqtisadi rəqabət qabiliyyətliliyinin gücləndirilməsidir.

“Hesab edirəm ki, bugünkü iclas konstruktiv, işgüzar əsasda keçəcək və təşkilatın effektivliyinin artırılmasına töhfə verəcək”, - deyə S. Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR