"CDB Bank"ın rəhbərliyinə yeni təyinatlar olub

"CDB Bank"ın rəhbərliyinə yeni təyinatlar olub
# 04 mart 2016 08:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Caspian Development Bank" ("CDB Bank") ASC-nin rəhbərliyinə yeni təyinatlar baş tutub.

"APA-Economics" xəbər verir ki, Fərəh Məmmədova İdarə Heyəti sədrinin müavini, Eldar Abdullayev isə İdarə Heyətinin üzvü təyin olunublar.

Qeyd edək ki, bunadək İdarə Heyəti 3 nəfərdən ibarət idi. Bu təyinatlarla İdarə Heyəti təmsil olunan şəxslərin sayı 5-ə çatıb.

İdarə Heyətinin sədri Nadir Yıldırımdır. İdarə Heyətinin digər iki üzvü isə Zaur Əhmədov və Kamran Orucəliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR