Malena Mard: “Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından çox önəmli islahat prosesi gedir”

Malena Mard: “Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından çox önəmli islahat prosesi gedir”
# 27 may 2016 09:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Son on ildə Azərbaycana investisiya qoyuluşunun 42%-i, qeyri-neft sektoruna investisiyaların isə 35%-i məhz Avropa İttifaqı ölkələri tərəfindən həyata keçirilib.

APA-Economics”"in məlumatına görə, bunu bu gün Bakıda İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək" (SİBA) layihəsinin birgə təşkilatçılığı ilə "Azərbaycanda İnstitusional Quruculuq" mövzusunda konfransda iqtisadiyyat nazirini müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Azərbaycanın əsas neft layihəsi Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri məhz Azərbaycan neftini Avropa bazarlarına çatdırılması məqsədi daşıyır. Eyni amanda təbii qazın satışı sahəsində əməkdaşlığımız genişdir. Bu məqamda XXİ əsrin layihəsi olan Cənub Qaz Dəhlizini qeyd etmək yerinə düşər”.

S. Babayev deyib ki, bu günədək Avropa İttifaqından Azərbaycana cəlb olunmuş texniki yardım və qrantların dəyəri 582 mln. avronu ötüb: “Xüsusilə də tvinninq layihəsini qeyd etmək olar. Azərbaycanda bu günədək 43 tvinninq layihəsi icra olunub ki, bunlardan 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir. 9 layihə üzrə sənədlər hazırlanır. Azərbaycan dövlət qurumlarını təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib. Bununla yanaşı, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOİCİEUX layihəsi icra mərhələsindədir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyini rəhbəri Malena Mard Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. O bildirib ki, gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirməliyik: “Ticarət və iqtisadi sahədə geniş əməkdaşlığımız var. Azərbaycanda çox önəmli islahat prosesi gedir. Bu da iqtisadiyyatın diversifikasiyası baxımından önəmlidir. Konfransın məqsədi institutsional quruculuq fəaliyyətindən dərsləri müzakirə etmək və gələcək fəaliyyəti qurmaqdan ibarətdir. Dövlət qurumlarının tvinniq alətlərinə marağı var”.

M.Mard qeyd edib ki, Azərbaycan tvinniq layihələrinin sayına görə, Şərq Tərəfdaşlığı məkanında liderdir: “Layihələrdən 25-i tamamlanıb. İstehlakçıların mühafizəsi, qanunun aliliyi, parlamentə dəstək layihəsində yaxşı nəticələr var. Avropa İttifaqına üzv dövlətlər təcrübəsini Azərbaycana təqdim edir və bölüşür. Texniki yardım informasiya mübadiləsi önəmlidir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR