Bakı-Qazax magistralı ətrafındakı yaşıllıqlarda yanğın olub

Bakı-Qazax magistralı ətrafındakı yaşıllıqlarda yanğın olub
# 29 may 2016 13:43 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.

Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR