Tərtərdə yaşayış evinə basqın olub

Tərtərdə yaşayış evinə basqın olub
# 23 may 2016 09:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tərtər rayonunda yaşayış evinə basqın olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini Maral Əliyevanın yaşadığı evə girən naməlum şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib. Ev sahibəsinin səs-küy saldığını görən şəxs istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR