Gəncə sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Gəncə sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 26 iyun 2016 22:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1968-ci il təvəllüdlü Zakir Məmmədov canaq sümüklərinin sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.


Məlumata görə, Z. Məmmədov ehtiyatsızlıq nəticəsində yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb və ağır xəsarət alıb .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR