DİN Bakıda yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb

DİN Bakıda yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb
# 02 dekabr 2015 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakıda yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də saat 13 radələrində Xətai rayonunun Mingəçevir küçəsində yaşayan Yaşar Məmmədovun evinin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə qapı və pəncərə çərçivələri yerindən çıxıb, yanıq xəsarəti alan Y.Məmmədov və gəlini Aytən Məmmədova xəstəxanaya yerləşdiriliblər. Y.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Aytənin vəziyyəti qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR