Ağdaşda ev yanıb

Ağdaşda ev yanıb
# 11 sentyabr 2016 18:40 (UTC +04:00)

Bakı-APA. Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR