Milli Azərbaycan Tarixi Muzeyi yeni unikal qızıl-zinət əşyaları əldə edib

Milli Azərbaycan Tarixi Muzeyi yeni unikal qızıl-zinət əşyaları əldə edib
# 08 yanvar 2016 13:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Milli Azərbaycan Tarixi Muzeyi yeni unikal qızıl-zinət əşyaları əldə edib. AMEA-dan APA-ya verilən xəbərə görə, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli bəzək əşyaları zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində xüsusi yer tutduğunu göstərir: “XIX əsrə aid qızıl boyunbağı “çəçik”in çəkisi 41,4 qramdır. Beş cərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. Boyunbağının cərgələri balıq, ay, ulduzlar, mərkəzində qırmızı qaşlı gül formalar və yumru təsvirli lövhələrdən ibarətdir”.

Qeyd olunub ki, XIX əsrin sonu XX əsrə aid qızıl boyunbağı isə qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir: “XX əsrə məxsus olan 3-cü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə-medalyon var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR