Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 06 yanvar 2016 16:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yanvarın 7-də Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, məhdudiyyət Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR