Elmar Məmmədyarov İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib

Elmar Məmmədyarov İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib
# 20 oktyabr 2015 15:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu söyləyib.

Vali İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluq duyduğunu, dövlətlər arasında əlaqələrin inkişafının xalqların mənafeyinə uyğun olduğunu bildirib. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verib və turizm, səhiyyə, elm, mədəniyyət, tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes forumlarının təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR