ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı sülh prosesinə qayıtmağa çağırıb

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı sülh prosesinə qayıtmağa çağırıb
# 30 aprel 2016 02:12 (UTC +04:00)

Bakı-APA. ABŞ Dağlıq Qarabağda təmas xəttində baş verən hər hansı zorakılığı qəti şəkildə pisləyir.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik brifinqdə deyib.

" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə qayıtmaq lazımdır. Tərəfləri gərginliyin aradan qaldırılmasına və sülh prosesinə qayıtmağa çağırırıq, - deyə Mark Toner bildirib.

Qeyd edək ki, iki gün öncə M.Toner gündəlik brifinqə Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolunun olmadığını bildirmişdi.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR