BMT-nin xüsusi elçisi: “Suriya üzrə danışıqlar yanvarın 29-da başlayacaq”

BMT-nin xüsusi elçisi: “Suriya üzrə danışıqlar yanvarın 29-da başlayacaq”
# 25 yanvar 2016 18:19 (UTC +04:00)

Bakı-APA. Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar yanvarın 29-da başlayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

“Sabah birbaşa danışıqlarda iştirak etmək üçün Suriyanın müxalifət nümayəndələrini dəvət göndərmək niyyətindəyik. Bilavasitə danışıqlar isə, zənnimcə, yanvarın 29-dan start götürəcək”, deyə S.de Mistura vurğulayıb.

Qeyd edək ki, Suriya üzrə danışıqlar yanvarın 25-ə Cenevrədə keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR