Meksikada sərnişin avtobusu dərəyə düşüb, 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Meksikada sərnişin avtobusu dərəyə düşüb, 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb
# 09 avqust 2016 03:13 (UTC +04:00)

Bakı-APA. Meksikada sərnişin avtobusu yoldan çıxaraq 30 metrlik dərəyə düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

İnsident Tihuana və Tekate şəhərləri arasında qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR