Öhdəlikləri kəskin artan "Xalq Sığorta" I rübü iri zərərlə başa vurub

Öhdəlikləri kəskin artan "Xalq Sığorta" I rübü iri zərərlə başa vurub
# 20 may 2016 14:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Xalq Sığorta” ASC-nin aktivləri azalıb.

Şirktədən "APA-Economics"ə verilən məlumata görə, sığortaçının məcmu aktivləri cari ilin əvvəli ilə müqayisədə aprelin 1-ə 0,83% azalaraq 51 mln. 581,738 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 336,718 min manat, qısamüddətli aktivləri 50 mln. 245,020 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 28 mln. 935,324 min manat olub. Yanvar-mart aylarında şirkətin uzunmüddətli öhdəlikləri 28 mln. 910,507 min manat, qısamüddətli öhdəlikləri isə 24,818 min manat təşkil edib.

Hesabat dövrünün sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 32 mln. 516 min manat, məcmu kapitalı isə 42,5% azalaraq 22 mln. 646 min 413,25 manat təşkil edib.

Şirkət cari ilin ilk rübünü 16 mln. 778 min 724,79 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR