Mingəçevirdə silah-sursat tapılıb

Mingəçevirdə silah-sursat tapılıb
# 18 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Mingəçevirdə zibillikdən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları atılan ərazidən 1 ədəd nömrəsi silinmiş “İJ-18MM” markalı, 1 ədəd “TOZ-8” markalı ov tüfəngləri, 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” markalı tapançaya oxşar silah, 1 ədəd “F-1” markalı qumbara və 5 ədəd patron tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR