Gəncədə qətl hadisəsi törədilib

Gəncədə qətl hadisəsi törədilib
# 13 aprel 2016 20:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ölüm hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, axşam saatlarında Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlu bıçaqlanmış vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Gəncin şəhərin Dəmir Yol vağzalı yaxınlığında qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR