İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 292 nəfərə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 292 nəfərə çatıb
# 30 avqust 2016 01:29 (UTC +04:00)

Bakı - APA. İtaliyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 292 nəfərə çatıb.

APA-nın RAİ telekanalına istinadən verdiyi xəbərə görə, ötən gün daha 2 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.

Dağıdıcı zəlzələdən sonra İtaliyanın mərkəzində yeraltı təkanlar davam etməkdədir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR