WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötüb

WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötüb
# 26 may 2016 14:42 (UTC +04:00)

Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 50,11 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub.

Beləliklə, WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçib.

Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR