Hakimliyə qəbul üçün test imtahanında 359 nəfər müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb

Hakimliyə qəbul üçün test imtahanında 359 nəfər müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb
# 10 iyun 2016 10:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hakimliyə qəbul üçün test imtahanında iştirak edən 752 namizəddən 359 nəfəri 60 və daha yüksək bal toplayaraq müsabiqə şərtini ödəyib və ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müvəffəqiyyət əldə etmiş namizədlər imtahanının sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir. Yekunda yenidən müsahibə olur və Hakimlərin Seçki Komitəsinin rəyinə əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədləri vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə prezidentə təqdim edir.

Qeyd edək ki, iyunun 9-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Hakimlərin Seçki Komitəsi tərəfindən Hakimliyə qəbul üçün test imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün 806 namizəd qeydiyyatdan keçib. Onlardan 54 nəfəri imtahana gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR