Bu il Azərbaycanda istehlak bazarı 2,5% artıb

Bu il Azərbaycanda istehlak bazarı 2,5% artıb
# 21 may 2016 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqopğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların dəyəri 11,3 mlrd. manat olmaqla 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Econonmics”ə verilən məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun ticarət və xidmət fəaliyyəti daha da genişlənib, satılmış məhsulların dəyəri əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini real ifadədə 2,7% üstələyərək 10,8 mlrd. manata bərabər olub.

Yanvar-aprel aylarında bir istehlakçı orta hesabla ayda 294,3 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 33,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR