Rusiyada evdə baş verən yanğında üç azyaşlı yanaraq ölüb

Rusiyada evdə baş verən yanğında üç azyaşlı yanaraq ölüb
# 07 mart 2016 20:48 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Həştərxan vilayətinin Kamızyaksk rayonunda fərdi evdə güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 azyaşlı uşaq ölüb.

“Yanğının lokallaşdırılması zamanı 2011, 2013 və 2014-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kim olmayıb”, deyə Rusiya Fövqəladə Hallar nazirliyinin Həştərxan vilayəti üzrə idarəsindən bildiriblər.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub.

Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR