Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 41,4 mln. dollar məbləğində vəsait 7 banka və 7 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.