ABŞ-ın hərbi büdcəsi 2017-ci ildə 580 mlrd dollar təşkil edə bilər

ABŞ-ın hərbi büdcəsi 2017-ci ildə 580 mlrd dollar təşkil edə bilər
# 27 yanvar 2016 04:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın hərbi büdcəsi növbəti maliyyə ilində 580 mlrd dollar təşkil edə bilər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qeyd olunan məbləğ prezident Barak Obamanın büdcə təklifində əks olunacaq. ABŞ-ın yeni hərbi büdcəsi hazırkı maliyyə ili ilə müqayisədə 27 mlrd dollaradək azalacağı qeyd olunur.

“Bu Pentaqonun əvvəlcədən planlaşdırdığı məbləğdən 15 mlrd dollar azdır. Bu bəzi iri silah proqramlarının azaldılmasına səbəb olacaq”, deyə agentliyin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR