Bakıda iş adamının intihara cəhdinin qarşısı alınıb

Bakıda iş adamının intihara cəhdinin qarşısı alınıb
# 05 fevral 2016 09:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda intihara cəhd olub.


Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR