DYP reydi davam etdirir, Bakıda texniki baxışdan keçməyən 97 avtomobilin sürücüsü cərimələnib

DYP reydi davam etdirir, Bakıda texniki baxışdan keçməyən 97 avtomobilin sürücüsü cərimələnib
# 12 avqust 2016 11:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avqustun əvvəlindən bu günədək Bakıda 97 sürücü inzibati məsuliyyətə cəlb olunub. Buna səbəb onların idarə etdiyi avtomobillərin texniki baxışdan keçməməsidir.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, minik avtomobilləri istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində iki ildən bir, 11-ci ilindən isə artıq hər il texniki baxışdan keçməlidir.

İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” qanunla müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, Azərbaycanda minik avtomobillərin texniki baxışdan keçmə müddəti avqustun 1-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR