Məzahir Pənahov Belarus və Litva MSK-larının sədrləri ilə görüşüb - FOTO

Məzahir Pənahov Belarus və Litva MSK-larının sədrləri ilə görüşüb - FOTO
# 30 oktyabr 2015 19:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina MSK sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

L. Yermoşina Milli Məclisə keçiriləcək seçkilərə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Sualları cavablandıran M. Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımlar barədə ətraflı məlumat verib.

M. Pənahov bu gün Milli Məclisə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Litva MSK-nın sədri Zenonas Vaiqauskasın rəhbərlik etdiyi nümayəndə heyəti də qəbul edib. Z. Vaiqauskas noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. M. Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR