Şabranda ev yanıb, 4 yaşlı uşaq xəsarət alıb

Şabranda ev yanıb, 4 yaşlı uşaq xəsarət alıb
# 19 sentyabr 2016 17:50 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Şabran rayonunda yanğın olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində rayon sakini, 1947-ci il təvəllüdlü Qasımov Nadir Feyzulla oğluna məxsus, ümumi sahəsi 100 kv. m olan evin 33 kv.m yanıb.

Yanğın nəticəsində ev sahibinin nəvəsi, 2012-ci il təvəllüdlü Qasımov Yusif Namiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR