Azərbaycanda iki gündə 22 min sürücü cərimələnib

Azərbaycanda iki gündə 22 min sürücü cərimələnib
# 25 avqust 2016 11:59 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin reydləri davam edir. Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gündə 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində 2 gündə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR