Çin Xalq Respublikasının sədri İrana rəsmi səfər edəcək

Çin Xalq Respublikasının sədri İrana rəsmi səfər edəcək
# 06 yanvar 2016 19:12 (UTC +04:00)

Bakı-APA. Çin Xalq Respublikasının sədri Si Tszinpin yanvarın 23-də İrana rəsmi səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığına dair bir sıra sənədlərin imzalanması gözlənilir. Sənədlər əsasən dəmiryol, liman infrastrukturlarının inkişafı və İranda azad ticarət zonasına aid olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR