Azərbaycan MN: Heç bir mövqe itirilməyib

Azərbaycan MN: Heç bir mövqe itirilməyib
# 04 aprel 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR