Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-may aylarında 284 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.
Cari ildə nazirliyin yerli qurumları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.
“Məşğulluq haqqında” qanuna əsasən, əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilirlər. Onların güzəştli şərtlərlə işlə təminatı qanunun əsas tələblərindən biridir. Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na görə, idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın 50%-ə yaxını əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.
Yanvar-may ərzində 280-dən çox əlil işlə təmin edilib
17 iyun 2016 13:13 (UTC +04:00)
Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024