Azərbaycanda iki nəfər dəm qazından boğularaq ölüb

Azərbaycanda iki nəfər dəm qazından boğularaq ölüb
# 16 dekabr 2015 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-nə keçən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov və Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR