Bağdadda baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Bağdadda baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb
# 21 sentyabr 2015 19:43 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda baş verən güclü partlayış nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, minalanmış avtomobil paytaxtın şərq hissəsində partladılıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən ay İraqda baş verən terror aktları nəticəsində 1 300-dən artıq insan ölüb, 1 800-ü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR