Dövlət Departamenti: ABŞ İranla birbaşa hava əlaqəsini bərpa etməyə hazır deyil

Dövlət Departamenti: ABŞ İranla birbaşa hava əlaqəsini bərpa etməyə hazır deyil
# 26 yanvar 2016 02:19 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton İranla birbaşa hava əlaqəsinin bərpasına dair danışıqlar aparmır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Sem Verberq bəyan edib.

“Biz hələ ki, İranla birbaşa aviareysləri bərpa etməyə hazır deyilik. Buna səbəb bir sıra problemlər və məhdudiyyətlərin mövcud olmasıdır. Hər hansı rəsmi şəxsin bu mövzu ilə əlaqədar danışıqlar aparması barədə də məlumatımız yoxdur”, deyə S. Verberq bildirib.

Qeyd edək ki, yanvarın 24-də “İran Air” aviaşirkətinin rəhbəri İranla ABŞ arasında birbaşa aviareyslərin bərpasına dair danışıqların aparıldığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR