Şəmkir rayon sakini bıçaqlanıb

Şəmkir rayon sakini bıçaqlanıb
# 17 oktyabr 2015 09:07 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Ülvi Məmmədov sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 22 yaşlı gəncin vəziyyətinin normal olduğu bildirilir. İlkin araşdırmaya görə, Ü. Məmmədovun şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR