Putin: “İŞİD-lə mübarizədə irəliləyiş var”

Putin: “İŞİD-lə mübarizədə irəliləyiş var”
# 16 oktyabr 2015 09:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Hərbi-Kosmik Qüvvələrinin Xəzərdəki gəmiləri cəlb etməklə apardığı əməliyyat beynəlxalq hüquqa uyğundur və prezident Əsədin müraciəti əsasında reallaşdığı üçün legitimdir".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının zirvə toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Suriyada əməliyyata cəlb olunan Rusiya aviasiyası və digər vasitələrdən terrorizmlə mübarizə məqsədilə istifadə edilir: “İŞİD-lə mübarizədə irəliləyiş var. Rusiya Səudiyyə Ərəbistanı, Misir, İordaniya və İsraillə antiterror əməliyyatları ilə bağlı müzakirələr aparır. Rusiya əvvəlki kimi ekstremizm və terrorizmə qarşı maksimum geniş koalisiyanın formalaşdırılmasını dəstəkləyir”.

Putin qeyd edib ki, Rusiyanın Suriyadakı əməliyyatı müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, bu əməliyyat Suriya ordusunun terrorçulara qarşı hücumu bitənədək davam edəcək.

Rusiya prezidenti onu da bildirib ki, Rusiya Hərbi-Kosmik Qüvvələri artıq Suriyada əhəmiyyətli nəticələr əldə edib. O qeyd edib ki, əməliyyat nəticəsində bu günədək terrorçuların onlarla komanda məntəqələri və silah anbarları, yüzlərlə silahlı və çoxlu sayda hərbi texnika məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR