Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib

Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib
# 04 mart 2016 13:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Martın 4-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarkeni qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir braziliyalı qonağa prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında danışıb. Daha sonra tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR