“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik ediləcək

“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik ediləcək
# 03 mart 2016 09:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik təklif edilib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi ləğv olunur. Eyni zamanda, qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi də ləğv edilir.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR