Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 illiyi qeyd edilib

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 illiyi qeyd edilib
# 20 dekabr 2015 08:54 (UTC +04:00)

Bakı – APA. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin yaradılmasının 185 illiyi qeyd edilib.

Bununla əlaqədar keçirilən tədbirin iştirakçıları əvvəlcə məktəbin məzunu Rövşən Bayramovun və təhsil müəssisəsinin gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək məktəbin prezident İlham Əliyevin sərəncamı əsasında tikildiyini deyib, bütün şuşalılar adından dövlət başçısına təşəkkürünü bildirib.

O, məktəbin 360 yerlik müasir binasının bu ilin sentyabrında istifadəyə verildiyini xatırladıb.

B. Səfərov 1830-cu ildə ilk dünyəvi təhsil ocağının Şuşada yaradıldığını və 19 şagirdlə fəaliyyətə başladığını bildirib. Qeyd edib ki, təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən bu məktəb ölkəmizə böyük alimlər, görkəmli şəxsiyyətlər, dəyərli ziyalılar bəxş edib.

Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Elman Məmmədov, deputat Bəxtiyar Əliyev, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov və başqaları Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıblar.

Sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət oxunub.

Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR