Moskvada azərbaycanlılara məxsus restoranda iki nəfər bıçaqlanıb

Moskvada azərbaycanlılara məxsus restoranda iki nəfər bıçaqlanıb
# 13 fevral 2016 08:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Moskvanın cənubunda yerləşən, azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava baş verib, nəticədə 2 nəfər yaralanıb. APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, həmin şəxslər Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Restoran əməkdaşlarının verdiyi məlumata görə, bir neçə müştəri qəfildən mübahisə etməyə başlayıb və daha sonra mübahisə davaya çevrilib. Münaqişə tərəflərindən biri soyuq silaha əl atıb.

İlkin məlumata əsasən cinayətkarlar boz “Toyota” ilə hadisə yerindən qaçıblar. Onların saxlanılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR