Ötən il sığorta agentlərinə verilən lisenziyalara görə toplanan dövlət rüsumunun həcmi açıqlanıb

Ötən il sığorta agentlərinə verilən lisenziyalara görə toplanan dövlət rüsumunun həcmi açıqlanıb
# 07 mart 2016 08:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində 3 hüquqi şəxsə və 84 fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Verilmiş lisenziyalarla bağlı dövlət büdcəsinə 19,8 min manat məbləğində dövlət rüsumu köçürülüb.

Qeyd edək ki, 2015-ci ilin sonuna ölkədə 26 sığorta şirkəti ( o cümlədən 3 xarici investisiyalı), 1 təkrar sığorta şirkəti və 8 sığorta broker şirkəti (o cümlədən 3 xarici investisiyalı) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR