İsmayıllıda 4-cü İqtisadi Forum keçirilib - FOTOSESSİYA

İsmayıllıda 4-cü İqtisadi Forum keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2015 09:38 (UTC +04:00)

Bakı-APA. İsmayıllı rayonunda 4-cü Qafqaz İqtisadi Forumu keçirilib.

Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, forum Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. 4-cü İqtisadi forumda Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, iqtisadçı alimlər, rayonun fermerləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rəsmi hissdən əvvəl forum iştirakçıları ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonunun mərkəzindəki heykəlini ziyarət edərək önünə tər çiçək dəstələri qoyublar.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Qafqaz Universitetinin dosenti Mayis Əzizov Forumun tarixi haqda iştirakçılara məlumat verib. O bildirib ki, 2012-ci ildən keçirilən Forumda hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən prioritet istiqamətə həsr olunan elmi tədqiqatların təqdimatı və fikir mübadiləsi aparılır. Bu ilki Qafqaz iqtisadi forumu prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il kənd təsərrüfatı ili elan olunduğuna görə bu sahəyə həsr olunub.

Forumu açılış nitqi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov açıb: “Azərbaycan iqtisadiyyatında İsmayıllının öz yeri var. İsmayıllı rayonunda 2013-cü ildə 62 min ton 2014-cü ildə 83 min ton taxıl istehsal olunmuşdursa, 2015-də bu göstərici 103 min tona çatıb. Bu nailiyyət Azərbaycan dövlətinin kənd təsərrüfatına verdiyi önəmin nəticəsidir. İsmayıllıda e-ticarət sahəsində “Yaşıl market” qurulub. İsmayıllıya göstərdiyi diqqətə görə möhtərəm prezidentimizə rayon ictimaiyyəti adından təşəkkür edirəm”.

Kənd təsərrüfatı nazirliyinin Aqrar elmi mərkəzinin baş direktoru Rasim Balayev isə deyib ki, Azərbaycanın inkişafında İsmayıllı rayonunun xüsusi yeri var. O, nazir Heydər Əsədovun təbrik məktubunu iştirakçıların nəzərinə çatdırıb .

Qafqaz Universitetinin rektoru, professor Ahmed Sanıç çıxışında qeyd edib ki, 2012-ci ildən davam edən ənənəvi forumun İsmayıllıda keçirilməsindən hər kəs məmnun olub: “Universitet səviyyəsində başlayan forum bu il Kənd Təsərrüfatı Nazirliyi və İcra Hakimiyyəti ilə birlikdə keçirilməsi onun dəyərinin göstəricisidir”.

Forumda iştirak edən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin fəal üzvü Saki Kosuqi, Türkiyənin Egey Universitetindən foruma qatılan professor Uyqun AKSOY tədbirdə çıxış edib.

Forum bölümlər üzrə fəaliyyətini bitirdikdən sonra iştirakçılar adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR