Novruz Aslanov bir sıra tədbirlərdə iştirak edib

Novruz Aslanov bir sıra tədbirlərdə iştirak edib
# 05 may 2016 09:31 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı Rayon Mədəniyyət Mərkəzində Sosialist əməyi qəhrəmanı Nikolay Nikitinin 90 illiyi ilə əlaqədar xatirə gecəsində iştirak edib.

APA-nın xəbərinə görə, tədbirə rayon ictimaiyyətinin nümayəndələri, yerli qurumların rəhbərləri ilə yanaşı, İvanovka kəndinin sakinləri də qatılıblar. Nikitin İvanovka kəndində kolxoza 43 il rəhbərlik edib. Kolxoz bu günə kimi fəaliyyətini davam etdirir.

Tədbirə millət vəkilləri Mixail Zabelin və Tahir Kərimli dəvət olunublar. Novruz Aslanov çıxışında Nikitinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə rayonda kənd təsərrüfatı sahəsində əldə olunan uğurlardan söhbət açıb və bu uğurların dövlət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.


Novruz Aslanov daha sonra İsmayıllı Gənclər Mərkəzində kənd təsərrüfatına və fermerlərə həsr olunmuş müşavirədə iştirak edib. Millət vəkili öz çıxışında dövlətin kənd təsərrüfatı sahəsinin inkişafı üçün həyata keçirdiyi siyasətdən, prezident İlham Əliyevin bu sahənin inkişafı üçün imzaladığı müvafiq Fərman və Sərəncamlardan, fermerlərə yaradılan şəraitdən, güzəştlərdən və s. danışıb. Milli Məclis tərəfindən verilən qərarları və qəbul olunan qanunları diqqətə çatdırıb.


Məlumat üçün bildirək ki, Novruz Aslanov rayon sakinləri ilə hər həftə keçirdiyi görüşlərlə yanaşı, rayonda keçirilən bütün tədbirlərə də qatılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR