Dünya bazarında qızıl 11 dollara yaxın ucuzlaşıb

Dünya bazarında qızıl 11 dollara yaxın ucuzlaşıb
# 19 mart 2016 06:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,69% - 17 602,30 bəndədək, NASDAQ 0,43% - 4 795,65 bəndədək, S&P 500 0,44% - 2 049,58 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,19% - 6 189,64 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,59% - 9 950,80 bəndədək, Fransa CAC-40-ı 0,44% - 4 462,51 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 10,70 dollar ucuzlaşaraq 1 255,40 dollara, gümüş isə 0,21 dollar azalaraq 15,83 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR