Rusiyadan Ermənistana nəql olunan qazın marşrutu dəyişir

Rusiyadan Ermənistana nəql olunan qazın marşrutu dəyişir
# 27 yanvar 2016 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ermənistan Gürcüstan üzərindən Rusiyadan aldığı qazın marşrutunu dəyişə bilər. "APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC-nin direktorunun müavini Qrant Tadevosyan xəbər verib.

Onun sözlərinə görə, qaz kəmərinin Gürcüstan ərazisindən keçən 17 kilometrlik, o cümlədən Ermənistan ərazisindən keçən 3 kilometrlik hissəsi Azərbaycan sərhədinə yaxın ərazidən keçir. "Bu ərazi isə olduqca qeyri-stabildir", - deyə o bildirib.

Bununla yanaşı, o əlavə edib ki, qaz kəməri başqa səbəblərdən də dəfələrlə zədələnib və bunun nəticəsində birbaşa qaz nəqlini həyata keçirmək mümkün olmayıb.

"Hazırda marşrutun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. İşlərin böyük hissəsi Gürcüstan ərazisində aparılacaq. Bu səbəbdən məsələ hər iki ölkənin hökuməti, Xarici İşlər və Energetika Nazirlikləri arasında müzakirə olunmalıdır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR