Cahangir Hacıyevin həbsdən buraxılması barədə vəsatətə sabah baxılacaq

 Cahangir Hacıyevin həbsdən buraxılması barədə vəsatətə sabah baxılacaq
# 11 dekabr 2015 13:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəsatətinə baxılacaq.

Bu barədə APA-ya məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nərimanov rayon Məhkəməsinə müraciət ediblər.

Vəkil bildirib ki, şikayətə dekabrın 12-də baxılacaq: “Biz hesab edirik ki, istintaqa köməklik məqsədi ilə Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməlidir”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR